Müsəlman Alimlərin Dünya Birliyinin baş katibi Əli Muhyiddin Qaradaği Misrin müftisi Şövqi Əllamın Avropada yaşayan müsəlmanların ikinci və üçüncü nəslinin yarısını İŞİD-ə meyilli hesab etməsini qınayaraq bu sözlərin əsassız olduğunu vurğulayıb.
Qaradaği özünün şəxsi "facebook" səhifəsində "Ey lovğa müfti, fətvadan öncə təqvaya ehtiyacımıza var" başlığının altında yazıb: Media KİV-lər Misrin müftisi Şövqi Əllamın qərb ölkələrində yaşayan müsəlmanlar barədə danışdıqlarını yayırlar. O deyib ki, Avropa müsəlmanlarının ikinci və üçüncü nəslinin yarısı İŞİD-ə bağlıdır. Bu sözlər absurddur, məqbul deyil. Misrin dini qrumları hakimiyyətin əl alətidirlər. Onun bu sözləri həqiqəti əks etdirmir. O, bu sözləri hansı mənbədən götürüb? Nə üçün qəbrin hakim dairələrini müsəlmanlardan qorxudursan? Həqiqətən İŞİD-ə qoşulanlar Avropa müsəlmanlarının 50 faizini təşkil edirmi?
Müsəlman Alimlərin Dünya Birliyinin baş katibi əlavə edib: Bu gün hər bir müsəlmanın vəzifəsi qərb ölkələrində yaşayan müsəlmanlara kömək etməkdir, anti-İslam radikallara deyil! /3928686